Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALI, ŞUŞA VƏ XANKƏNDİ SAKİNLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

0




  •          29.10.2016-cı il
    tarixdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış Yeni
    qəsəbə-1-də fəaliyyət göstərən Kəlbəcər rayon Mədəniyyət evində Xocalı rayon
    İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun və Şuşa rayon İcra Hakimiyyətinin
    başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun
    Gəncə şəhəri və ərtaf rayonlarda müvəqqəti məskunlaşan Xocalı, Xankəndi və Şuşa
    sakinləri ilə görüşü oldu. 



            Görüşə
    gələn sakinlər onları narahat edən məsələlərin aradan qaldırılması üçün xahiş
    və şikayətlərini etdilər. 2014-cü ilin əvvəllərində Gəncə şəhərinin ərazisində
    tikilib istifadəyə verilmiş Yeni qəsəbə-1-dən Bakı - Gəncə yoluna çıxışın
    açılması, qəsəbəyə yaxın ərazidə yandırılan zibilliyin yandırılmasından yaranan
    pis qoxusunun və tüstünün qarşısının alınması, 600 ailəlik Yeni
    qəsəbə-2-yə içməli su xəttinin çəkilməsi, bəzi sakinlərin işlə təmin edilməsi
    və digər məsələlərin öz həllini tapması üçün hər iki rayon başçısı tərəfindən
    aidiyyatı qurumlara tapşırıqlar verildi. 

            Görüş növbəti görüşlərin doğma el-obamızda baş tutmasının arzusu ilə yekunlaşdı və xoş ovqatla başa çatdı.






    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi8 il öncə
    İzlənib41 dəfə
    XOCALI ŞUŞA XANKƏNDİ SAKİNLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

    Maraqlı gələ bilər
    0
    47
    46